ŞİRKƏT HAQQINDA

AzerTech Service – Avtomobillərin təmiri və texniki xidmətlərin həyata keçirilməsi üçün lazım olan bütün professional avadanlıqlarla təmin olunmuş, müasir tələblərə cavab verən universal avtoservisdir. Görülən işlərin yüksək ixtisaslı personal tərəfindən aparılması göstərilən xidmətin zəmanətidir. Tətbiq olunmuş interaktiv qəbul sistemi – avtomobilə baxış keçirilməsində, optimal qiymət və təmir vaxtının müzakirəsində müştərinin iştirakını təmin edir. Mütəxəssislərimiz tərəfindən avtomobilin nasazlığı qısa müddətdə müəyyən edilir, müştəri ilə konsultasiya zamanı avtomobilin təmiri üçün ən optimal variant təklif olunur və operativ şəkildə aradan qaldırılır. Həmçinin avtomobilin təmiri zamanı müştərilərin komfortu üçün nəzərdə tutulmuş gözləə salonunda qonaqlarımıza isti içkilər təklif olunur. Müştəri məmnuniyyətini əsas prioritet tutan AzerTech Service peşəkar kollektiv və müasir texniki avadanlıqların köməyilə üzərinə düşən vəzifənin öhdəsindən tez və keyfiyyətli şəkildə gəlir.

Broşüru yüklə

AzerTech Servisə necə getməli?

Ünvanımızı izahlı video vasitəsilə daha rahat tapın

Komandamız

Kampaniyalar