Ban (Gövdə) Hi̇ssəni̇n Təmi̇ri̇ (Dəmi̇rçi̇ İşləri̇)

AzerTech Service müştərilərə avtomobilin BAN (gövdə) hissəsinin qəzadan sonraki və ya istifadə müddətində yaranan zədələrin təmirini və konsultasiyasını təklif edir. Mütəxəssislərimiz kiçik batıqlardan başlamış, avtomobilin gövdə hissəsini tam geometrik formalarının bərpasına qədər istənilən çətinlikdə məsələni aradan qaldıra bilərlər. Bu şöbənin BLACKHAWK, TELWIN, CEMONT kimi aparıcı istehsalçı şirkətlərin məhsulu olan texniki avadanlıqlarla təchiz olunması bütün işləri yüksək keyfiyyətlə aparmağa imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, AzerTech Service  avtomobil istehsalı zamanı istifadə olunan Punta qaynaq aparatına da (VAS 821 101) sahibdir ki, bu da qaynaq işlərinin zavod keyfiyyəti ilə aparılmasına imkan verir.