Rəngsaz İşləri̇. Armatur İşləri̇. Pardaxlama (Poli̇rovka)

Rəngsaz işləri üzrə böyük təcrübəyə malik AzerTech Service istənilən boyama prosesini həyata keçirmək potensialındadır. Müasir avadanlıq və ləvazimatlar istər ayrı-ayrı detalların, istərsə də bütövlükdə avtomobilin keyfiyyətli boyanmasına imkan verir. Servisin texniki parkına FİRAT və SATA kimi şirkətlərin istehsalı olan boyama kamerası və ləvazimatları daxildir. Çoxfunksiyalı kamera minik avtomobillərindən başlamış, mikroavtobusların boyanmasına qədər geniş potensiala malikdir. SPİESHECKER, 3M, STANDOX kimi şirkətlərin boya və gündəlik istifadə materiallarından istifadə olunur. Müştəri məmnuniyyətini nəzərə alaraq, geniş rəng palitrasına malik kataloqdan seçilmiş boya nümunələri kompüter vasitəsilə hazırlanaraq müştəriyə təqdim olunur ki, bu da, avtomobil üçün zövq baxımından ən uyğun rəngin seçilməsinə xidmət edir. Bundan əlavə, AzerTech Service həmçinin armatur işləri də həyata keçirir. Bu səbəbdən, hər hansı detalın ayrıca boyanmasına ehtiyac yarandığı halda, detal sökülüb, boyama prosesindən keçərək yenidən montaj edilə bilər.